
“Uzağa getmək istəyirsənsə, böyük komandaları məğlub etməlisən”
- 04 Noy 2022 11:43
- 438
PSJ-nin baş məşqçisi Kristof Qalte komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması haqda danışıb.
Rekord.az xəbər verir ki, baş məşqçi böyük komandaları məğlub etməli olduqlarını deyib:
“Yuventus”u iki dəfə məğlub etdik və 90+2-ci dəqiqəyə qədər çox xoşbəxt idik.
Amma bu turnirdə mümkün qədər uzağa getmək istəyirsənsə, böyük komandaları məğlub etməlisən. Gəlin püşkatmanı gözləyək və görək 1/8 finalda kim qalib olacaq”.
PSJ 6 oyundan sonra 14 xalla H qrupunu ikinci pillədə başa vurub. Qaltenin yetirmələri Çempionlar Liqasının 1/8 finalında çıxış edəcək.
“Yuventus” isə qrup mərhələsini 3-cü pillədə başa vurub və Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq.