Rusiyalı məhşur şərhçi Vasili Utkin iyunun 10-da İstanbulda keçiriləcək Çempionlar Liqasının "Mançester Siti" - "İnter" finalı öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, ingilislərin kuboku qazanacağını bildirib: "İnter” gözəl anlayır ki, “Mançester Siti” yüksək sürətlə oynayır, ona görə də rəqiblə ayaqlaşmaq asan olmayacaq. Sürəti azaltmaq üçün italiyanlar açıq şəkildə foullara gedəcək. “Mançester Siti” finalın favoritidir və tarixlərində ilk Çempionlar Liqası kubokunu qazanmaq üçün həvəslidirlər. Odur ki, mənim üçün ən maraqlı proqnozum odur ki, "Mançester Siti" qələbə qazanacaq, "İnter" çoxsaylı sarı vərəqə alacaq"..