“Uşaqlara oyunda dönüş yaratdıqlarına görə minnətdaram” - Berdıyev
- 17:00
- 40
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 9-cu turu çərçivəsində "Karvan-Yevlax"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 hesablı qələbəyə sevindikləri matçla bağlı bunları söyləyib:
"Çətin oyun oldu. "Karvan"ın əks-hücumlarda yaxşı oynadığını bilirdik. Təəssüf ki, onlardan biri qolla nəticələndi. Uşaqlara oyunda dönüş yaratdıqlarına görə minnətdaram".