
Ukrayna mətbuatı “Qarabağ”ın yeni transferindən yazdı
- 08 Fev 2022 16:00
- 542
Ukrayna mətbuatı qış transfer pəncərəsində yerli klublardan xarici komandalara transfer olunan futbolçular haqqında məqalə yayımlayıb.
Rekord.az sport.ua-ya istinadən xəbər verir ki, yazıda ötən ilin dekabr ayında “Minay”dan “Qarabağ”a keçən Rüstəm Əhmədzadə ilə əlaqədar da fikirlər bildirilib. Məqalədə yazılıb:
“Ukrayna Premyer Liqasının autsayder komandasının gənc futbolçusu ən güclü olmasa da, daim avrokuboklarda çıxış edən xarici çempionatın lideri komandaya keçirsə, bu, irəliləyişdir. “Minay”da o qədər çox qol vurmasa da (cəmi üç qol), onu əminliklə “Minay”ın ən yaxşı oyunçularından biri adlandırmaq olardı. Rüstəmin yaxşı sürəti, əla driblinqləri və baş zərbələri var idi. Ümumiyyətlə, Rüstəmin texnikası tam qaydasındadır. Rüstəm 2026-cı ilin yayına kimi “Qarabağ”da oynayacaq. Bu transferə görə “Minay” 200 min avro qazanıb”.