
UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
- 28 Okt 2022 10:15
- 416
Azərbaycanın UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməz qalıb.
Rekord.az xəbər verir ki, buna "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada "Nant"a 1:2 hesabı ilə uduzması səbəb olub.
Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmiz 15.875 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 17.750, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.
Siyahıya 99.998 xala malik İngiltərə başçılıq edir. İspaniya (87.569) ikinci, Almaniya (75.856) üçüncüdür.