
UEFA “Qəbələ” klubuna ödəniş etdi
- 23 Noy 2022 16:31
- 371
UEFA “Qəbələ” klubuna ödəniş edib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu U-19 komandası Gənclər Liqasında çıxış etdiyi üçün "qırmızı-qaralar"a 35 500 avro maliyyə vəsaiti ödəyib.
Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə “Qəbələ” klubunun hesabına köçürülüb.