UEFA prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis koronavirus testi verəcək.

Rekord.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Çeferin və Teodoridis Çempionlar Liqası (23 avqust), Avropa Liqası (21 avqust) və Qadınlararası Çempionlar Liqasının (30 avqust) final matçından əvvəl test verəcəklər.