UEFA Avro-2020 ilə bağlı dəyişiklik edə bilər.

Rekord.az xəbər verir ki, koronavirusa yoluxma halları artdığı üçün UEFA Avropa çempionatını qəbul edəcək şəhərlərin sayını azaltmağı planlaşdırır.

Bu barədə “The Sun” nəşri xəbər verib. Məlumata görə, vəziyyət daha da ciddiləşərsə, çempionat bir ölkədə və 4 stadionda keçiriləcək.

Xəbər verilir ki, UEFA öncə Bakı və Sankt-Peterburqu siyahıdan çıxardacaq. Bakının Azərbaycan-Ermənistan münaqişəsinə görə siyahıdan çıxarılacağı bildirilsə də, Sankt-Peterburqun nəyə görə ixtisar ediləcəyi barədə məlumat verilmir.