Xəbər verdiyimiz kimi, AFFA mart ayından etibarən "Keşlə"ni Şamaxıya köçürmək istəyir. Yəni federasiyanın planlarına görə, paytaxt təmsilçisi gələn aydan "Şamaxı" adı ilə sözügedən rayonda çıxış etməlidir. Lakin buna qədər bir sıra prosedur qaydalar yerinə yetirilməlidir. Xüsusilə "Şamaxı"nın "Keşlə"nin sələfi olması təsdiqini tapmalıdır ki, burada UEFA-dan gələn cavab da çox vacibdir.

 

Lakin Rekord.az xəbər verir ki, AFFA məsələ ilə bağlı Avropanın ali futbol qurumuna müraciət etsə də, hələlik müsbət cavab ala bilmir.

 

Bu isə köçü yubada bilər.