"Çelsi"nin baş məşqçsi Tomas Tuhel klublararası dünya çempionatının qalibi olmaları haqqında danışıb. 

Rekord.az xəbər verir ki, mütəxəssis goal.com-a açıqlamasında deyib: 

"Paltardəyişmə otağında əlimizə düşən fürsətdən danışdıq. Hamı bizə paxıllıq edir. Uşaq vaxtı belə finalları arzulamışdıq. Peşman olmadan oynamaq istədik.Qol vurmaq üçün şans lazımdır. Biz amansız idik, çalışırdıq, dayanmadıq. Biz təslim olmadıq".

Qeyd edək ki, "Çelsi" ötən gecə finalda "Palmeyras"a 2:1 hesabı ilə qalib gələrək dünya çempionu olub.