"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Araz-Naxçıvan"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:


“İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə nisbətən daha yaxşı təsir bağışladıq. Təəssüf ki, qələbə qazana bilmədik.


Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı suallar verirsiniz. Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır? Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik”.