
Türkiyənin daha bir klubu baş məşqçisini istefaya göndərdi
- 16 Avq 2021 22:20
- 563
Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Yalçın Koşukavakı istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstefaya komandanın Super Liqanın ilk turunda səfərdə “Altay”a 0:3 hesabı ilə uduzması səbəb göstərilir. Matçdan sonra komanda ilə vidalaşan Koşukavak, vəzifəsindən istefa verib.
Super Liqada bu mövsümün ilk turundan sonra “Kasımpaşa”nın baş məşqçisi Şenol Can da istefaya göndərilmişdi.