Türkiyəli mütəxəssis “Xankəndi”nin baş məşqçi vəzifəsindən ayrıldı
- 06 Yan 2026 11:30
- 66
Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" komandasının baş məşqçi vəzifəsindən ayrılıb.
Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.
O, "Xankəndi" Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.