
Türkiyə millisi Gürcüstanı darmadağınla yola saldı
- 00:54
- 40
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində daha 8 qarşılaşma baş tutub.
Rekord.az xəbər verir ki, oyunlar E, F, I və K qruplarında keçirilib.
Türkiyə millisi evdə Gürcüstanla, İtaliya İsraillə, İspaniya Bolqarıstanla üz-üzə gəlib. Bu oyunların hamısı meydan sahiblərinin asan qələbəsiylə yekunlaşıb. İngiltərə yığması da səfərdə Latviya ilə görüşüb və 5 cavabsız qola sevinib.
DÇ-2026-nın seçmə mərhələsi
14 oktyabr
E qrupu
İspaniya – Bolqarıstan 4:0
Qollar: M.Merino, 35; 57. Çernev, 79-öz qapısına. Oyarsabal, 90+2-pen.
Türkiyə – Gürcüstan 4:1
Qollar: K.Yıldız, 14. M.Demiral, 22; 52. Y.Akgün, 35 – Koçoraşvili, 65.
Xal: İspaniya – 12. Türkiyə – 9. Gürcüstan – 3. Bolqarıstan - 0.
F qrupu
Portuqaliya – Macarıstan 2:2
Qollar: Ronaldo, 22; 45+3 – Salai, 8. Soboslai, 90+1.
İrlandiya – Ermənistan 1:0
Qol: Ferquson, 70.
Xal: Portuqaliya – 10. Macarıstan – 5. İrlandiya – 4. Ermənistan – 3.
I qrupu
Estoniya – Moldova 1:1
Qollar: Kayt, 12 – Bodistyanu, 64.
İtaliya – İsrail 3:0
Qollar: Reteqi, 45+2-pen; 74. Mançini, 90+3.
Xal: Norveç – 18. İtaliya – 15. İsrail – 9. Estoniya – 4. Moldova - 1.
K qrupu
Latviya – İngiltərə 0:5
Qollar: Qordon, 26. Keyn, 44; 45+4-pen. Tonişev, 59-öz qapısına. Eze, 86.
Andorra – Serbiya 1:3
Qollar: G.Lopes, 17 – K.Qarsiya, 19-öz qapısına. Vlahoviç, 54. Mitroviç, 77-pen.
Xal: İngiltərə – 18. Albaniya – 11. Serbiya – 10. Latviya – 5. Andorra - 1.