I Divizionun lideri "Araz Naxçıvan"ın qış toplanışını Türkiyədə keçmək istəyi haqda məlumat vermişdik.

Lakin Rekord.az xəbər verir ki, hələlik bu plan rəhbərlik tərəfindən təsdiqlənməyib.

Hər şey maliyyə durumundan asılı olacaq. Aldığımız məlumata görə, Türkiyə variantı alınmasa, Naxçıvan təmsilçisi Bakıda hazırlıq keçəcək və burada yoldaşlıq görüşləri keçirəcək.