“Turan Tovuz”un rəqibləri bəlli oldu
- 06 Yan 2026 12:00
- 63
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək.
"Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də keçirəcək. Həmin matçdakı rəqib isə Polşa təmsilçisi “Poqon” olacaq.
Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.