“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Rekord.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələcək. 4 günlük məşqlərin ardından komanda yanvarın 7-də Antalyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Manavqat bölgəsindəki “The Sense Deluxe”  otelində məskunlaşacaq “Turan Tovuz” ayın 18-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.

Rəqiblərin kimliyi haqqında əlvə məlumat veriləcək.