"Turan Tovuz"un oyununa giriş pulsuz olacaq
- 27 Okt 2025 15:00
- 236
"Turan Tovuz" 28 oktyabr tarixində Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo" ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi səbəbindən matç "Azersun Arena"da keçirəcəyik.
Saat 17:00-da başlayacaq oyuna giriş sərbəst olacaq.