"Kəpəz"lə kubok matçında zədə alan "Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfovun durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, ayağında güclü əzilmə olan futbolçu bir müddət yaşıl meydançalardan kənar qalacaq.

Konkret desək, il Nəcəfov üçün bitib. Yəni, o, dekabrln 15-də evdə "Neftçi", 24-də isə "Qəbələ" ilə səfər matçında meydançaya çıxa bilməyəcək.