“Turan Tovuz”dan Yaponiya klubuna
- 06 Yan 2026 16:00
- 73
“Turan Tovuz” Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib.
Rekord.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Tibbi müayinədən keçdikdən sonra futbolçu Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Tovuz klubu Premyer Liqada “Turan Tovuz” forması ilə 66 oyunda meydana çıxan Aleks Souzaya gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edib.