Məlum olduğu kimi, "Turan Tovuz"un  İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev tutduğu vəzifədən ayrılıb.

Rekord.az xəbər verir ki, bəzi mətbuat orqanlarında bu gedişin səbəbi kimi Balakişiyevlə klub rəhbərliyi arasında fikir ayrılığı göstərildi.

Lakin əldə etdiyimiz məlumata görə, Balakişiyev öz istəyi ilə klubdan gedib. Əslində o, kluba 5-6 aylıq gəlmişdi, müvəqqəti kömək üçün. Lakin iş elə alındı ki, 2 ilə qədər çalışmalı oldu. Qeyd edək ki, Əli bəy özü Bakıda yaşayır və həm də iş adamıdır.Hər dəfə Tovuza gələndə öz işlərindən tamamilə aralanmalı olurdu ki, bu da onun biznes sahəsindəki karyerasına problem yaradırdı. Son zamanlar klubun iddiasının artması bura daha çox zaman tələb etməyə başlayıb. Balakişiyevin isə bu qədər zamanı olmadığı üçün idarə heyətinin sədri Ehtiram Quliyevlə danışaraq klubdakı işindən ayrılmağa qərar verib.