"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.


Rekord.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.