
“Turan Tovuz”da alban hücumçu
- 22 Yan 2023 15:40
- 457
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.
Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vlajniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.