“Kəpəz” və “Turan Tovuz”un rəsmi saytı hələ də fəaliyyət göstərmir.

Rekord.az xəbər verir ki, hər iki klub tez-tez açıqlama verir ki, iş gedir və yaxın günlərdə hər şey hazır olacaq.

Lakin iş uzana-uzana gedir. Bizim əldə etdiyimiz məlumata görə isə, saytların fəaliyyətinin yubanması maliyyə ilə bağlıdır. Çünki son texniki işlər yekunlaşmalı, test dönəm başlamalı və bunun ardından sayt tam təhvil verilməlidir. Məhz maliyyə sıxıntısı ucbatından texniki işləri yekunlaşdırmaq olmur.