"Turan Tovuz" Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk məşqinə çıxıb. 


Rekord.az xəbər verir ki, komanda hazırlıqlar üçün Antalyanın Belek bölgəsində məskunlaşıb.


Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini burada davam etdirəcək.


Kurban Berdıyevin komandası toplanış çərçivəsində 2 yoxlama görüşündə gücünü sınayacaq.