Məlum olduğu kimi, "Turan Tovuz" nəqliyyat sarıdan problem çəkir və Futbolun İnkişaf Fondu (FİF) kluba avtobus alınması üçün ianə kampaniyası keçirsə də, bu kampaniya da hələlik bir işə yaramır.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi hələlik oyunlara kirayə götürdüyü avtobusla gedir.

Bu isə büdcəyə əlavə xərc gətirir. Əldə etdiyimiz məlumata görə, komanda səfərlər zamanı tək avtobus üçün 1500 manat icarə haqqı ödəyir. Bu xərc avtobusun gediş-gəliş xərcidir.