"Turan Tovuz" Berdiyevlə davam edəcək?
- 18 Dek 2025 19:20
- 166
"Turan Tovuz"da son vaxtlar işlərin qaydasında getməməsi baş məşqçi Kurban Berdiyevin istefasını gündəmə gətirir.
Rekord.az-a daxil olan məlumatlara görə, komandanın çıxışı, turnir cədvəlindəki mövqeyi rəhbərliyi həqiqətən də narahat edir.
Lakin Berdiyevin istefası gündəmdə deyil. Rusiyalı mütəxəssis komandanın qış planını yazıb rəhbərliyə təhvil verib. Yəni komanda sabah "Qərb derbisi"ndə "Kəpəz"ə məğlub olsa belə, Berdiyev postunda qalıb işinə davam edəcək.