I Divizion təmsilçisi "Turan Tovuz" baş məşqçisi İlham Yadullayevlə yeni müqavilə bağlamayıb.
Rekord.az xəbər verir ki, buna səbəb baş məşqçinin işinin öhdəsindən gələ bilməməsidir.
Belə ki, onun qarşısına çempionluq məqsədi qoyulsa da komanda bu vəzifəni yerinə yetirə bilməyib.