"Şamaxı"dan ayrılan Amil Yunanov karyerasını "Turan Tovuz"da davam etdirə bilər.

Rekord.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisi əslən tovuzlu olan Amilin xidmətində maraqlıdır.

Çünki komandanın əsas qol silahları olan Oduva ilə Evanın durumu qeyri-müəyyəndir. Hər ikisi klubu tərk edə bilər. Bundan başqa, Amil yerli futbolçudur ki, bu statusda olan futbolçuya istənilən halda ehtiyac var. Amma klubun irəli sürəcəyi şərtlərdən və futbolçunun buna cavabından çox şey asılıdır.