“Kəpəz”lə kubok oyununda baş verənlərə görə AFFA İntizam Komitəsi tərəfindən 8200 manat cərimələnən "Turan Tovuz" İntizam Komitəsinin bu qərarına görə appelyasiya şikayəti verməyəcək.

Rekord.az xəbər verir ki, rəhbərlik bunun işə yarayacağına ümid eləmir.

Bununla belə, federasiya ilə əlaqə saxlanılıb və verilən cəzanın klub üçün çox ağır olduğu bildirilib.