Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci turun son iki oyunu keçirilib.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Turan Tovuz” “Qarabağ”ın ikinci komandasını böyük hesabla məğlub edib.

“Netçi”nin əvəzediciləri isə səfərdə MOİK-in qapısından üç cavabsız top keçirib.

Birinci Divizion
11-ci tur

19 dekabr

Turan Tovuz – Qarabağ-2 3:0
Qol: Nurlan Şabanov, 71. Vidadi Cəfərov, 80; 90+1.
Hakimlər: Fərid Hacıyev, Qəzənfər Məmmədov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Tovuz şəhər stadionu, 14:00.

MOİK – Neftçi-2 0:3
Qol: Əli Mürsəlov, 28-pen. İbrahim Qədirzadə, 30. Nihad Qurbanlı, 90+1.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
“ASCO Arena”, 14:00.

Turun digər oyunları:

Zaqatala – Sabah-2 3:0
Keşlə-2 – Qaradağ Lökbatan 4:3
Kəpəz – Sumqayıt-2 2:2