
“Traktor”un uğursuz seriyası davam edir
- 13 Fev 2022 11:00
- 477
Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:1. Komanda artıq yeddi oyundur qələbəyə həsrətdir.
“Traktor” 17 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.