Cənubi Azərbaycanın “Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün edam cəzasına məhkum olunub.

Rekord.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin “Twitter” hesabında məlumat verilib.

Klub 26 yaşlı yarımmüdafiəçinin həyatının təhlükədə olduğunu bildirib.

Xatırladaq ki, Amir Nasr Azadani son olaraq 2021-ci ildə "İranjavan"ın formasını geyinib.