Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu evdə “Mes Kerman”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 0:0.

“Traktor” 13 turdan sonra 19 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.