Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Cənubi Azərbaycanın digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda doğma meydanda “Nadt MİS” ilə qarşılaşacaq.

8 turdan sonra 12 xalı olan “Traktor” 16 kollektiv arasında 5-ci, 2 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.