
Tovuzun icra hakimiyyəti "Turan Tovuz"a maddi dəstək olmayacaq ÖZƏL!
- 15 Fev 2022 13:00
- 775
"Kəpəz"in ardından "Turan Tovuz" rəhbərliyi də maddi dəstək üçün yerli icra hakimiyyətinə ağız açıb.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi AFFA-nın məsləhəti ilə icra hakimiyyətindən Premyer Liqada oynamaq yönündə maddi dəstək istəyib.
Bildirilib ki, tələb olunan məbləğin yarısını AFFA ödəyəcək. Yarısını da rayon rəhbərliyi boynuna götürsün. Lakin icra hakimiyyətindən komanda saxlamaq üçün əlavə vəsaitin olmadığı deyilib. Klub rəhbərliyinə yerli iş adamlarına ağız açmaq tövsiyyə olunub.