Bu gün "Neftçi" Misli Premyer Liqasının 13-cü turu çərçivəsində Tovuzda "Turan Tovuz"un qonağı olacaq.

Rekord.az xəbər verir ki, komandanı oyuna Sənan Qurbanov çıxardacaq.

Maraq doğuran məqam onun meydançaya buraxacağı start heyəti ilə əlaqədardı. Əldə etdiyimiz məlumata görə, çərçivənin bu dəfə Rza Cəfərliyə tapşırılacağı gözlənilir. 

Qeyd edək ki, Samir Abasov bir qayda olaraq Kenan Piriçə güvənirdi.