Bir neçə gün bundan öncə mətbuata açıqlama verən "Turan Tovuz"un idman direktoru Nadir Nəbiyev Tovuq stadionunun süni örtüyünün təbii otla əvəzlənəcəyinə dair açıqlama vermişdi.

Lakin Rekord.az xəbər verir ki, bu dəyişiklik olmayacaq.

Daha doğrusu, qazon dəyişdiriləcək. Lakin yeni qazon da təbii yox, süni olacaq. Əslində öncə təbii örtüklə bağlı fikir ortaya çıxıb. Lakin maddi vəsait və vaxt məsələsinə görə, yenidən süni örtüyə üstünlükm verilib.

Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümdən Premyer Liqada oynayacaq.