İngiltərənin “Tottenhem” klubu baş məşqçi Antonio Konte ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Rekord.az “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisi artıq italiyalı məşqçiyə yeni müqavilə ilə bağlı təklif verib.

Yeni sözləşmənin uzunmüddətli olduğu bildirilir. Hazırda danışıqlar davam edir.

Xatırladaq ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edir. Həmin vaxt tərəflər 1.5+1 illik müqavilə bağlamışdılar. O, bu komandanı 58 matça çıxarıb. Londonlular bu görüşlərdə 33 qələbə qazanıb, 9 heç-heçə edib, 16 məğlubiyyətə üzülüblər.