“Tottenhem”dən “Fiorentina”ya
- 03 Yan 2026 14:20
- 125
"Tottenhem” Manor Solomonu “Vilyarreal”dan icarədən geri çağırdığını açıqlayıb.
Rekord.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, israilli hücumçu bu mövsümün sonuna qədər “Fiorentina”da (İtaliya) icarə əsasında çıxış edəcək.
Solomon 2025/2026 mövsümünün ilk yarısında “Vilyarreal”ın heyətində 11 oyuna çıxıb və 1 qol vurub.
Hücumçu 2023-cü ilin yayında azad agent kimi “Tottenhem”ə qoşulub. O, London klubunda 6 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Tottenhem”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.