
“Tottenhem”də yeni baş məşqçi
- 06 İyn 2023 17:45
- 340
“Tottenhem”in yeni baş məşqçisi rəsmən açıqlanıb.
Rekord.az xəbər verir ki, bu posta Angelos Postekoqlu təyin olunub.
Avstraliyadan olan 57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Şotlandiya “Seltik”ini çalışdıran yunan əsilli məşqçinin Londona gətirilməsi üçün sözügedən kluba təzminat da ödənilib.
Postekoqlu daha öncə Avstraliya yığmasına, “Yokohama”, “Melburn Viktori” kimi klublara da rəhbərlik edib.