"Tottenhem" in qanalı vingeri Məhəmməd Kudus sıradan çıxıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Məlumata görə, Premyer Liqada "Sanderlend"ə qarşı keçirilən son oyunda zədələnən futbolçunun bud nahiyəsində əzələ zədəsi aşkarlanıb. 


Klubdan bildirilib ki, Kudusun yaşıl meydanlara qayıdışı yalnız mart ayının sonuna, milli komandaların oyunları üçün yaranacaq fasilədən sonraya təsadüf edəcək.


Kudus cari mövsümdə London təmsilçisinin heyətində bütün rəsmi turnirlərdə 26 oyuna çıxıb. O, bu matçlarda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.