
Topa elə zərbə vurdu ki, gedib binaya dəydi
- 08 Noy 2022 16:30
- 419
La Liqanın 13-cü turunda dünən keçirilən "Real Valyekano" - "Real" matçında (3:2) maraqlı hadisə baş verib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, görüşün son dəqiqələrində Madrid təmsilçisinin uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde hesabı bərabərləşdirmək üçün topa güclü zərbə endirib.
Bu zaman top stadiondan kənarda azarkeşlərin matçı izlədiyi evə dəyib.
Qeyd edək ki, "Real" bu oyunla La Liqada 2022/2023 mövsümün ilk dəfə uduzub.