
Tərlan Əhmədovun istəmədiyi futbolçularla bağlı qərar nə vaxt veriləcək?
- 21 Dek 2022 15:00
- 581
Tərlan Əhmədovla yola getməyən və baş məşqçinin istəyinə uyğun olaraq əvəzedici komandaya göndərilən "Kəpəz"in təcrübəli futbolçuları Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yujnuszadə ilə bağlı qərar yanvarda veriləcək.
Rekord.az xəbər verir ki, hər üç futbolçunun rəhbərliklə görüşü nəzərdə tutulub.
Tərəflə oturub hazırkı durumu müzakirə edib yekun qərar verəcək. Anlaşma baş tutsa, hər üçünün transfer vərəqəsi veriləcək və yollar ayrılacaq. Əks halda, hər üçün müqavilənin sonuna kimi, əvəzedici komandada oynamalı olacaq.