Ter Ştegen “Barselona”dan getmək istəmir
- 17:30
- 32
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yanvar ayında Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya superkubokunda iştirak etməyə ümid edir.
Rekord.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Milad tətilinin bitməsindən sonra almaniyalı futbolçu əsas heyətlə məşqlərə qayıdacaq və mümkün qədər tez bir zamanda meydana qayıtmağı hədəfləyir. Karyerasında mümkün dəyişikliklərlə bağlı şayiələrə baxmayaraq, qolkiper gələcəyini Kataloniya klubunda davam etdirmək istəyir. O, müntəzəm məşq edir, La Liqada şans qazanacağını gözləyir və İspaniya superkubokunda oynamağı da istisna etmir.
Ter Ştegen “Barselona” ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir. O, əsas heyət uğrunda mübarizə apara biləcəyinə və komandada əsas rol oynamağa davam edəcəyinə əmindir. Qapıçının Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.