Futbol üzrə Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Portuqaliya yığmasını çalışdıra bilər.

Rekord.az “Goal” nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Portuqaliya yığmasına rəhbərlik edə biləcəyini bildirib:

“Mən yenidən təqaüdə çıxdım. Lakin Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm. Deyə biləcəyim tək şey budur”.

Niderland millisi DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq (2-2, penaltilər: 3-4), turnirlə vidalaşıb. 71 yaşlı mütəxəssis həmin matçdan sonra baş məşqçi postunu tərk edib.

Portuqaliya isə DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzub (0:1).