Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.


Rekord.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.


O, Misli Premyer Liqasının XVI turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.


Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.


Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.


 


1. Müşfiq Hüseynov (“Qarabağ”) - 109


2. Samir Ələkbərov (“Neftçi”) - 99


3. Alay Bəhramov (“Viləş”) - 93


4. Nazim Əliyev (“Xəzər” S) - 93


5. Fazil Pərvərov (“Kəpəz”) - 80


6. Rövşən Əhmədov (“Kəpəz”) - 75


7. Qurban Qurbanov (“Neftçi”) - 66


8-9. Nadir Nəbiyev (“Turan”) - 63


İmamyar Süleymanov (“Kəpəz”) - 63


10. Mahir Emreli (“Qarabağ”) - 59


11. Yunis Hüseynov (“Neftçi”) - 58


12. Musa Qurbanov (“Turan”) – 56


13. Abdullah Zubir (“Qarabağ”) – 52


14-15. Riçard Almeyda (“Qarabağ”) - 51


Badri Kvaratsxeliya (“Şəmkir”) – 51


16. Emin Mahmudov (“Neftçi”) – 50