
Tanzaniya prezidenti narazıdır: "Qadın futbolçular ər tapa bilmirlər"
- 25 Avq 2021 16:47
- 586
Tanzaniya prezidenti Samiya Suluhu ölkənin 23 yaşadək kişilərdən ibarət futbol millisini qəbul edib.
Rekord.az xəbər verir ki, prezident görüş zamanı qadın komandanın üzvləri haqda da danışıb.
O, qadın futbolçuların ərə getməkdə problemlər yaşadığını vurğulayıb:
“Əgər biz onları bu salona dəvət etsək, döşləri kiçik olanları kişilərlə dəyişik sala bilərsiz. Görünür, ailə həyatı onlar üçün bir xəyaldır.
Bilirəm ki, qadın yığmasında evli futbolçular da var. Amma bəziləri bunu heç vaxt edə bilməyəcəklər.
Qadın futbolçular ailə qurmaqda çətinlik çəkirlər. O qızlardan bəziləri, yəqin ki, heç vaxt ailə qurmayacaq”.
Prezidentin dedikləri feministləri qəzəbləndirib. Onların fikrincə, belə açıqlama bütün dünyada qadınları alçaldır.