"Qarabağ"ın prezidenti Tahir Gözəl "Frayburq"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az müsahibəni sizə təqdim edir:

 

- Öncə oyunla bağlı fikirləriniz...

- Şəxsən mənə görə, "Qarabağ"ın tarixində ən gözəl oyun bəlkə də bu oyun idi. Möhtəşəm oynadıq.55 faiz topa nəzarət bizdə idi. Baxmayaraq ki, ikinci hissədə 10 nəfərlə oynadıq. Ötürmələrin dəqiqliyi 82 faiz idi. Amma nəticə bizdən yox, "Nant"ın qollara görə dəyişdi. Onu da yaddan çıxarmayaq ki, qarşımızdakı Bundesliqanın 5 ən güclü komandasından biri idi və büdcəsi 100 milyona ölçülür, heyətində yer alan futbolçuarın qiyməti 3-5 milyon arasındadır. Əlbəttə "Qarabağ"la fəxr edirəm və hamımız fəxr etməliyik. Hesab edirəm ki, Konfrans Liqasında sözümüzü deyəcəyik və mənim arzum, istəyim 1/4 final oynamaqdı. Daha sonra yarımfinal və ordan da finala getmək. Səmimi qəlbdən inanıram ki, bu il Avropanın 3 ən yaxşı komandasından biri "Qarabağ"dı.

- Etiraf edək ki, komanda güclənməlidir. Qışda yeni transferlər gözlənilir?

- Hazırda transfer pəncərəsi bağlı olduğu ümün belə bir imkanımız yoxdur. Amma ümumiyyətlə götürsək, əlbəttə ki, hər an bunu düşünürü. 

- Oyunun hakimi haqda fikriniz var?

- Düzü, mənə xoş təsir eləmədi. Peşəkarlıqdan uzaq hesab edirəm. Qırmızı vərəqəyə layiq olmadığımızı düşünürəm, ağır qərar oldu. Gələcək oyunlarda təsirini göstərəcək. Vurduğumuz qollar sayılmadı. Amma qərarlara da hörmətlə yanaşmalıyıq. 

- İstənilən komandanın bir dəfə bəxti gətirməyəndə, bir dəfə üzünə gülür. Bizdə bəxt heç vaxt üzümüzə gülmür...

- Konfrans Liqasında mübarizəmiz davam edir. Çox inanıram ki, orada sözümüzü deəcəyik və son ana qədər vuruşacağıq.  Yaxşı nəticəyə inanıram. Bu inam Ali Baş Komandanımızın verdiyi inamdı, bu insam azarkeşlərimizin, xalqımızın verdiyi inamdı.