"Şuşa" yenidən qayıdır ÖZƏL!
- 15:00
- 37
Bir vaxtlar mövcud olmuş "Şuşa" komandası yenidən fəaliyyətini bərpa edir.
Rekord.az xəbər verir ki, 2009-cu ildə yaradılan komanda bir müddət I Divizionda da mübarizə aparmışdı.
Komandanın baş məşqçisi isə Nadir Qasımov olmuşdu. Lakin sonradan o zamankı PFL prezidenti Ramin Musayevlə Nadir Qasımov arasında yaranan problem "Şuşa"nın fəaliyyətini dayandırması ilə nəticələnmişdi. İndi isə komanda fəaliyyətini yenidən bərpa etmək istəyir. Artıq bunun üçün AFFA-ya müraciət də olunacaq.